Bank Of Baku

«PayPoint» köşklərində ödənişlərlə bağlı yaranan problemin səbəbi «Azəriqaz»ın ödəmə sistemindəki nasazlıqdır - YENİLƏNİB

«PayPoint» köşklərində ödənişlərlə bağlı yaranan problemin səbəbi «Azəriqaz»ın ödəmə sistemindəki nasazlıqdır - <span style="color: red;">YENİLƏNİB
# 24 dekabr 2012 13:16 (UTC +04:00)

 Bu barədə «APA-Economics»ə «PayPoint» köşklərinin idarəçisi olan «Komtec» şirkətindən bildirilib.

 

Şirkətin əlaqə mərkəzi qrupunun rəhbəri xanım Şirin Məmmədyarova bildirib ki, hazırda köşklərdə ödəmə ilə bağlı əsas çətinlik «smart kart»lar üzrə ödəmələrdə müşahidə olunur: «Bunun səbəbi də «Azəriqaz» sistemində olan nasazlıqdır».

 

 

Şirkət rəsmisi bildirib ki, «Pay Point» köşkləri 47 şirkət üzrə ödənişləri həyata keçirir, bura mobil telefon, internnet provayderlər, digər kommunal xidmətlər və s. daxildir. Bu ödənişlərin heç biri üzrə problem yaranmır, problem olanda yalnız «smartkart»larla olur.

 

Bəzi köşklərdə qəbzin alınması ilə bağlı problemlərin olduğunu da bildirən Ş.Məmmədyarovanın sözlərinə görə, belə hallarla rastlaşan abunəçilər qəbzi əldə etmək üçün əlaqə mərkəzinə zəng edə bilər (*0010-ə) və ya mərkəzi ofisə yaxınlaşıb qəbzi ön masa operatorlarından ala bilərlər: «Qəbzin surətinin elektron ünvana göndərilməsi də mümkündür».

 

ARDNŞ-in «Azəriqaz» İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Birliyin ödəniş sistemində texniki xarakterli nasazlıqların olmasını təsdiqləyib. Onun sözlərinə görə, hazırda problemlərin həlli istiqamətində iş aparılır: «Problemin böyük hissəsi aradan qalxıb, yaxın vaxtlarda məsələ tam həllini tapacaq».

 

A.Ağayevin sözlərinə görə, çətinliklərin yaranmasının səbəbi son vaxtlar «smart kart»lar üzrə ödənişlərin kəskin artması ilə bağlıdır. «Azəriqaz» İB-nin nümayəndəsi ödəmə köşklərində problemlərlə rastlaşmış abunəçilərə qaz pulu üzrə ödənişləri onlayn qaydada və ya müvəkkil banklar vasitəsi ilə həyata keçirməyi tövsiyə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR