Bank Of Baku

«Skype» mobil operatorları qiymətləri endirməyə məcbur edir

«Skype» mobil operatorları qiymətləri endirməyə məcbur edir
# 19 fevral 2013 14:26 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Dünyadakı bütün beynəlxalq danışıqların 3-də biri “Skype” ilə aparılır. «APA-Economics»in məlumatına görə, bu barədə «TeleGeography» şirkəti apardığı araşdırmalarına nəticələrinə əsasən məlumat yayıb.

 

Araşdırmalar göstərib ki, danışıqları rekord həddədək artıran «Skype» artıq mobil operatorları qiymətləri aşağı salmağa məcbur etməkdədir. Ötən il «Skype» həvəskar səviyyəli layihədən telekommunikasiya sektorunun əsas oyunçularından birinə çevrilib. Xidmətin yeni sahibi olan «Microsoft» «Skype»ı öz kommersiya layihələrinə daxil etməklə ona sabitlik gətirib. Nəticədə 2012-ci ildə dünyada beynəlxalq telefon danışıqlarının həcmi 490 mlrd. dəqiqə təşkil edib ki, bunun da 167 mlrd-ı «Skype»ın payına düşüb. Ötən il beynəlxalq danışıqların həcmi 2011-ci ilə nisbətən cəmi 5% artsa da, «Skype»-ın trafiki 44% artıb. Ötən il bütün telefon operatorlarının  ümumi telefon danışıqları cəmi 51 mlrd. dəqiqə artıb, «Skype»da isə bu artım 41 mlrd. dəqiqə təşkil edib.

 

«TeleGeography»nin ekspertləri bildirir ki, bu göstəricilər ənənəvi telefon operatorlarının bazardan sıxışdırılacağına işarə etməsə də, sübut edir ki, artıq dünya istehlakçıları internet telefoniyaya getdikcə daha çox maraq göstərirlər.

 

«Skype» telefon şirkətlərinin ən məşhur rəqibi olsa da, tək deyil. «Skype»la yanaşı, «Google Talk» və «Google Voice», «WeChat» (Weixin), «Viber», «Nimbuzz», «Line» və «KakaoTalk» kimi əlaqə servisləri də sürətlə populyarlaşırlar. Telefon operatorları üçün ən pis xəbər isə bu bazara «Facebook»un daxil olmasıdır.

 

Bir qədər əvvəl «Facebook»  öz messenceri  vasitəsilə pulsuz zənglər üçün yeni əlavəni istifadəyə verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR