Bank Of Baku

«Tajik Air» şirkəti Bakı, Dubay, Dehli və İslamabada aviareyslərdən imtina edib

«Tajik Air» şirkəti Bakı, Dubay, Dehli və İslamabada aviareyslərdən imtina edib
# 22 yanvar 2013 06:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Tacikistanın «Tajik Air» dövlət aviaşirkəti Bakı, Dubay, Dehli və İslamabad şəhərlərinə yerinə yetirdiyi aviareyslərdən imtina edib.

 

«APA-Economics»in Tacikistan mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən şəhərlərə aviareyslər qeyri-rentabellidir və aviaşirkət bu addımı özünün maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün atıb. Beləliklə, 2012-ci ilin sonundan «Tajik Air» şirkəti Düşənbədən sözügedən şəhərlərə uçuşları tam dayandırıb.

 

Aviaşirkətin rəhbərliyinin sözlərinə görə, hazırda «Tajik Air»ın maliyyə göstəriciləri qeyri-stabildir və gəlir gətirmir, maliyyə baxımından zərərli olan aviareyslər isə aviaşirkətin maliyyə vəziyyətini bir qədər də çətinləşdirir. Maliyyə çətinliklərinin yaranmasını şirkətin rəsmiləri «Tajik Air»in təyyarələrinin texniki təmirdə olması və bu prosesin uzanması ilə əlaqələndirir. Hazırda «Tajik Air» aviaşirkətinin parkında 36 təyyarə mövcuddur ki, onlardan yalnız 12-si istifadə olunur.

 

Qeyd edək ki, 2012-ci ildə Tacikistanda «Tajik Air»in aviadaşımalardakı payı 20,6% təşkil edib və bu, əvvəlki illə müqayisədə 7,7 faiz bəndi aşağıdır. Ötən il aviaşirkətin sərnişin daşımalarının həcmi 2011-ci ilə nisbətən 10,4% azalaraq 422,3 minə enib.

 

Xatırladaq ki, Düşənbə-Bakı aviareysi 2012-ci il iyulun 10-da açılıb və həftədə bir dəfə (V günlər) yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR