Bakı. Nicat Mustafayev – APA-Economics. «Teleradio» İstehsalat Birliyi Azərbaycan ərazisində ilk dəfə Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına başlayıb.
«APA-Economics»in İB-yə istinadən verdiyi məlumata görə, bunun üçün filialda «Vigintos Elektronica» şirkətindən alınaraq quraşdırılmış hər biri 1.2 kVt-lıq olan 4 ədəd DVB-T verici və s. tələb olunan hər cür texniki imkanlar, proqram təminatı yaradılıb və əhali üçün yüksək xidmət göstərilir.
Kommersiya yayımının həyata keçirilməsi nəticəsində, Gəncə şəhəri və ətraf ərazilərin əhalisi Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş 54 ədəd müxtəlif televiziya proqramını izləmək imkanı əldə edib.
Kommersiya yayımına qoşulmaq, proqramları efirdən qəbul edə bilmək üçün «Teleradio» İB-nin Gəncə Radio Televiziya Yayım Filialına müraciət olunmalıdır. Abunə olmaq üçün birdəfəlik 52 manat ödəməklə (bir aylıq abunə haqqı daxil) qəbuledici avadanlığa və karta sahib olmaq kifayətdir.
Əlaqə telefonu: (022) 258 45 64.