Bank Of Baku

«Təmiz Şəhər» maarifləndirmə tədbirlərini davam etdirir

«Təmiz Şəhər» maarifləndirmə tədbirlərini davam etdirir
# 25 dekabr 2012 08:29 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr-dekabr ayları ərzində «Təmiz Şəhər» ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində həyata keçirilən «Təmiz Qala» tullantıların çeşidlənməsi layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala, Şüvəlan, Türkan və Zirə qəsəbələrinin orta məktəb şagirdləri arasında maarifləndirmə tədbirləri həyata keçirib.

 

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirlər çərçivəsində Qala qəsəbəsinin məktəbliləri arasında makulaturanın yığılması üzrə yarış keçirilib. Bu aksiyanın keçirilməsində əsas məqsəd məktəbliləri istifadə edilmiş və artıq tullantı olan məhsulların yenidən istifadəyə yönəldilməsində birbaşa iştirakını təmin etməklə onlarda «yaşıl düşüncə» tərzinin formalaşdırılmasıdır.

 

Aksiya çərçivəsində orta məktəb şagirdləri istifadə olunmuş və lazımsız dəftər, albom, kitab və digər lazımsız kağız məmulatlarını toplayaraq «Təmiz Şəhər»ə təhvil veriblər ki, ən çox makulatura toplayan məktəblilər sertifikat və hədiyyələrlə təltif olunub. Aksiya nəticəsində 5 tona yaxın makulatura toplanıb və təkrar emala yönləndirilib.

 

Bundan başqa, «Təmiz Şəhər» ASC ali təhsil müəssisələrində ekoloji təlim-tərbiyə tədbirlərini də davam etdirir. Dekabr ayında Azərbaycan Dövlət Neft Akademiyasının «Dağ-mədən mühəndisliyi» ixtisasında və «Tempus» proqramında təhsil alan tələbələrinə mühazirələr oxunub. Tələbələrə «Təmiz Şəhər»in fəaliyyəti və həyata keçirdiyi layihələr və yenicə istifadəyə verilmiş bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, 1 ton kağızın istehsalı üçün orta hesabla 16 ağac kəsilir. Təkrar emalda isə kağız və karton istehsalında kağız tullantılardan və ya yararsız kağızlardan istifadə edilir və ağacların kəsilməsinin qarşısı alınır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR