Bank Of Baku

«Təmiz Şəhər» məlumat turlarına start verib - FOTO

«Təmiz Şəhər» məlumat turlarına start verib - <span style="color: red;">FOTO
# 19 mart 2013 09:44 (UTC +04:00)

Bakı – APA-Economics. «Təmiz Şəhər» ASC tələbələr üçün Balaxanı qəsəbəsində yerləşən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarına ilk məlumat turu təşkil edib.

 

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tələbələr Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyəti ilə tanış olub. Zavodun inzibati binasında qonaqlara müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunub, «Təmiz Şəhər» ASC-nin nümayəndəsi tələbələrə zavodun iş prinsipini izah edib. Film nümayişindən sonra qonaqlar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun idarəetmə otağına baş çəkib, burada quraşdırılmış monitorlar vasitəsi ilə zavodda gedən prosesləri «online» müşahidə ediblər, «Təmiz Şəhər» ASC-nin nümayəndəsi tərəfindən zavodda gedən çeşidləmə işi qonaqlara ətraflı izah edilib.

 

Sonra qonaqlar Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna səfər edib. İştirakçılara iclas otağında zavod haqqında film nümayiş etdirilib, «Təmiz Şəhər» ASC və zavodun nümayəndələri qonaqları maraqlandıran sualları cavablandırıb. İdarəetmə otağında şüşə arxasından və «online» monitorlar vasitəsi ilə əyani olaraq tullantıların yandırılması prosesini izləyən iştirakçılara zavodun iş mexanizmi haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, tullantıların idarə olunması sahəsində irəliləyişlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Turlarda iştirak etmək istəyənlər [email protected] ünvanına məktub göndərə və ya (+99412) 464-41-11 telefonu ilə əlaqə saxlaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR