Bank Of Baku

«Təmiz Şəhər» tərəfindən növbəti ekoloji monitorinqlər keçirilib

«Təmiz Şəhər» tərəfindən növbəti ekoloji monitorinqlər keçirilib
# 19 fevral 2013 08:39 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən Balaxanı poliqonunun düzgün şəkildə idarə olunması istiqamətində aparılan işlərin ətraf mühitə təsirini qiymətləndirmək məqsədilə 2012-ci ildə keçirilmiş ekoloji monitorinqlər üzrə hesabatlar yekunlaşıb.

 

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində Balaxanı poliqonunda ekoloji vəziyyətin sağlamlaşdırılmasında müsbət dinamika müşahidə edilib.

 

«Ötən il hava, su və torpaq səth örtüyündə aparılmış monitorinqlər Balaxanı poliqonunda ekoloji vəziyyətinin xeyli yaxşılaşdığını göstərir. Hava nümunələrinin monitorinqi göstərir ki, poliqonda aparılmış torpaqlama işləri ilə əlaqədar olaraq ilin əvvəlində PM10 qazlarının miqdarında bir qədər artım müşahidə olunsa da, sonradan görülmüş işlər nəticəsində bu qazların miqdarı aşağı düşüb və 0,15 mq/kq təşkil edib. HF (hidrogen-flüorid), HCl (hidrogen-xlorid) və CO (dəm qazı) qazlarının miqdarı artmayıb və yol verilən qatılıq həddindədir. Poliqonda aparılan işlər nəticəsində su nümunələrinin kimyəvi analizi civə (Hg), xrom (Cr) və qalay (Sn) kimi elementlərin miqdarı azaldığını və yol verilən qatılıq həddini aşmadığını göstərir», - deyə ASC-dən bildirilib.

 

Bundan başqa, poliqonda torpağın tərkibində ağır metalların azalma tendensiyası müşahidə olunur. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilib. Ağır metalların torpaqda azalması uzun sürən bir proses olmasına baxmayaraq, 2011-ci illə müqayisədə torpaqda ağır metalların nəzərə çarpacaq dərəcədə azalması müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR