Bakı. Nicat Mustafayev - APA-Economics. «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti («Ukraine International Airlines») Ukraynanın digər şəhərlərindən də Bakıya birbaşa aviareyslər açmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında Ukrayna aviaşirkətinin prezidenti Yuri Miroşnikov bildirib.
Onun sözlərinə görə, «Ukraine International Airlines» aviaşirkətinin hazırkı prioriteti fevralın 12-dən Kiyev-Bakı-Kiyev aviareyslərini açmaq və bu marşrut üzrə yüksək sərnişin axınını təmin etməkdir.
«Həmçinin, «Aerosvit»in əvvəllər mövcud olan uçuş şəbəkəsini bərpa etməyi planlaşdırırıq. Qeyd edim ki, Ukraynanın müxtəlif şəhərlərindən Bakıya aviareyslərin açılmasında maraqlı olan Ukraynanın digər aviaşirkətləri də var», - deyə Y.Miroşnikov bildirib.