Bank Of Baku

Azərbaycanda Proqram təminatı istehsalçılarının Assosiasiyası yaradılıb

 Azərbaycanda Proqram təminatı istehsalçılarının Assosiasiyası yaradılıb
# 25 dekabr 2012 12:00 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Proqram təminatı istehsalçılarının Assosiasiyası (BSA) fəaliyyətə başlayıb. «APA-Economics»in məlumatına görə, bunu təşkilatın üzvlərindən biri olan «Microsoft-Azerbaijan» şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib. Qeyd edək ki, BSA təhlükəsiz və leqal rəqəmsal dünyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

 

Təşkilat dünya proqram təminatı şirkətlərinin və aparat vasitələri istehsalçılarının, dünya bazarı və hökumətləri qarşısında maraqlarını ifadə edir. «Müəllif hüquqlarının qorunması, informasiya məkanının, elektron ticarətin təhlükəsizliyinə yönələn BSA proqramları, maarifçilik və siyasi təşəbbüslər sahəsində yüksək texnologiya sahəsində innovasiyaların inkişafına kömək edir», - deyə R.Hacıəlibəyov bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR