Bank Of Baku

Bu gündən «28 May» metro stansiyasının əsas girişi təmirə bağlanıb

 Bu gündən «28 May» metro stansiyasının əsas girişi təmirə bağlanıb
# 21 yanvar 2013 07:28 (UTC +04:00)

 

Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, sərnişinlər bu müddət ərzində «28 May» stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və «Cəfər Cabbarlı» stansiyasının girişindən («28 May» stansiyasının əsas giriş-çıxışı ilə üzbəüz) istifadə edə bilərlər.

 

Sərnişinlərin nəzərinə çatdırılır ki, təmir yalnız giriş hissədə aparılacağından «28 May» stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi bütün istiqamətlərdə, o cümlədən əsas çıxışdan da mümkün olacaq. «Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir», - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, təmir işlərinin sentyabr ayına qədər tamamlanacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR