Bank Of Baku

Macarıstan Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə maraq göstərir

 Macarıstan Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə maraq göstərir
# 16 mart 2013 09:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Macarıstan Milli İnkişaf Nazirliyinin infrastruktur üzrə dövlət naziri Pal Völnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


«APA-Economics»in Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, irimiqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən Azərbaycanın yol-nəqliyyat sektorundakı yeniliklərdən, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb. Nəqliyyat sektorunu əhatə edən sahələr - dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir bu istiqamətdə Macarıstanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Macarıstanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.


Öz növbəsində Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan P.Völner iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.


Görüşdə eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində normativ-hüquqi bazanın yaradılması məqsədilə müvafiq sazişlərin işlənib hazırlanması, Macarıstan şirkətlərinin Azərbaycanın nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR