Bank Of Baku

Ağcabədi rayonunun daha 2 kəndinə təbii qaz verilib

Ağcabədi rayonunun daha 2 kəndinə təbii qaz verilib
# 26 yanvar 2013 08:28 (UTC +04:00)

Bakı-APA-Economics. ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi respublikada qaz təchizatının yaxşılaşdırılması, bərpası və təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işləri davam etdirir. Yanvarın 25-də Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərinə təbii qazın verilişinin bərpa olunması münasibəti ilə təntənəli tədbir olub. Ağcabədi rayon İcra Hakimiyyəti, “Azəriqaz” İB-nin təmsilçiləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə bildirilib ki, qazlaşdırma işləri birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla həyata keçirilib. 1250 abonenti olan Avşar kəndinin qazlaşdırılması üçün müxtəlif diametrli 73112 metr boru çəkilib, 1250 ədəd “smart-kart” tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb. 456 abonenti olan Salmanbəyli kəndinin qazlaşdırılması üçün isə 22307 metr uzunluğunda boru çəkilib, 456 ədəd “smart-kart” tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR