Bank Of Baku

Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanın İKT sahəsi müzakirə olunub

Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanın İKT sahəsi müzakirə olunub
# 11 aprel 2013 08:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvə Toplantısında Azərbaycanın İKT sahəsində uğurları diqqət mərkəzində olub.

 

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, zirvə toplantısında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təbii ehtiyatları ilə zəngin olan və regionun lider dövlətinə çevrilmiş Azərbaycanda neft və qaz gəlirlərindən asılılığın azaldılması üçün ardıcıl islahatların aparıldığını qeyd edib: «Bu kontekstdə İKT-nin inkişafı mühüm əhəmiyyət kəsb edir. İKT iqtisadiyyatın digər sahələrinin də inkişafını müəyyən edən bir amilə çevrilib. Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artmaqdadır. Genişzolaqlı internet şəbəkəsinin inkişaf etdirilməsi üçün böyük məbləğdə vəsait ayrılıb».


Nazir onu da diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal olunduğu Azərbaycan regionda infrastruktur layihələrinin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Lakin, işğal siyasətinin davam etməsi tam əməkdaşlığa əngəllər törədir.


Bununla belə, regionda internet və İKT sahəsində inkişafa nail olmaq üçün Azərbaycan hökumətinin təşəbbüsü ilə BMT tərəfindən Trans-Avrasiya super informasiya magistralı (TASİM) ilə bağlı 2 qətnamə qəbul edilib. Ə.Abbasov əlavə edib ki, Azərbaycan dövlətlərin təhlükəsizliyi baxımından mühüm məsələ olan kibercinayətkarlıqla mübarizəyə də böyük diqqət yetirir və bu sahədə əməkdaşlığa hər zaman açıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR