Bank Of Baku

Avstriya paytaxtında güclü qar yağması səbəbindən Vyana-Bakı və Bakı-Vyana aviareysləri təxirə salınıb

Avstriya paytaxtında güclü qar yağması səbəbindən Vyana-Bakı və Bakı-Vyana aviareysləri təxirə salınıb
# 17 yanvar 2013 13:23 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Vyanada (Avstriya) güclü qarın yağması səbəbindən bu gün yerinə yetirilməli «Austrian Airlines» aviaşirkətinin 643 saylı Vyana-Bakı aviareysi təxirə salınıb. Bu barədə «APA-Economics»ə «Austrian Airlines» aviaşirkətinin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

 

Nümayəndəlikdən verilən məlumata görə, bu səbəbdən bu gün saat 17:55-də yerinə yetirilməsi planlaşdırılan 644 saylı Bakı-Vyana aviareysi də təxirə salınıb: «Bu aviareysə bilet alan sərnişinlər bizə müraciət edib, uçuş tarixini dəyişdirə bilər. Vyanadan bizə daxil olan məlumata əsasən, artıq bu gün saat 22:00-dan etibarən Vyana hava limanından uçuşlara icazə veriləcək».

 

Qeyd edək ki, Vyana-Bakı-Vyana aviareysi üzrə uçuşlar hər həftənin I, IV və V günləri «Airbus» tipli avialaynerlə yerinə yetirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR