Bakı. Şamil Əlibəyli - APA. Avropa Yenidənqurma və İnkişaf Bankı Ermənistana Gürcüstan sərhədində yerləşən “Baqrataşen” nəzarət-buraxılış məntəqəsinin ərazisində yeni körpünün salınması üçün 10,3 mln. avro ayıracaq.
APA-nın AYİB-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu pullar Şimal dəhlizi modernləşmə proqramının maliyyələşdirilməsi üzrə ayrılacaq. Bu proqramın ümumi dəyəri 62,6 mln. avrodur və AYİB-dən başqa onu Avropa Qonşuluq İnvestisiya Proqramı, BMT İnkişaf Proqramı maliyyələşdirir. Proqramın həyata keçirilməsi nəzarət-buraxılış məntəqələri müvafiq avadanlıqla təchiz olunacaqlar ki, bu da maşınların və sərnişinlərin tez yoxlamağa imkan verəcək.
Qeyd edək ki, İrəvandan 200 km-dən şimalında yerləşən Baqrataşen nəzarət-buraxılış məntəqəsi Ermənistanı dünya ilə birləşdirən əsas dəhlizindən biri sayılır.