Bakı. Vahab Rzayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) London istiqamətindəki aviareyslərinə aviabiletlərə güzəştli tariflər tətbiq etmə kampaniyasını davam edir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə AZAL-ın rəsmi məlumatında deyilir.
Yeni tarif əsasında Bakı-London-Bakı istiqamətində olan birtərəfli aviabiletlərin qiyməti 100 avro təşkil edəcək (tarifə vergi və rüsumlar daxil deyil). Şərtlərə əsasən, bu tarif «gediş-dönüş» aviabiletləri üçün nəzərdə tutulub və yalnız ilkin uçuş Bakı şəhərindən olduğu halda rəsmiləşdirilir. Tarif 2013-cü il martın 10-dək olan uçuşlar üçün nəzərdə tutulub.