Bank Of Baku

Azərbaycan ATR təyyarələrini satışa çıxarıb

Azərbaycan ATR təyyarələrini satışa çıxarıb
# 25 yanvar 2013 09:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) aviaparkında olan ATR tipli təyyarələri «Embraer» avialaynerləri ilə əvəzləyəcək. Bu barədə «APA-Economics»ə AZAL-ın İstehsal-Koordinasiya İdarəsinin rəisi Natiq Qəmbərov məlumat verib.

 

Onun sözlərinə görə, AZAL özünə məxsus Fransa istehsalı olan ATR tipli təyyarələr Braziliya istehsallı «Embraer» avialaynerlərinə dəyişmək niyyətindədir: «Balansımızda olan ATR tipli təyyarələr satışa çıxarılıb. Onların əvəzində 4 ədəd «Embraer» təyyarəsi alınacaq ki, onlardan ikisi cari ilin may ayında, ikisi isə iyul ayında əldə olunacaq».

 

Xatırladaq ki, hazırda AZAL-ın təyyarə parkında 3 ədəd «ATR-72» təyyarəsi mövcuddur. Ümumilikdə isə aviaşirkətin parkında müxtəlif tipli 20 avialayner var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR