Bank Of Baku

Azərbaycan bazarına yeni «Renault» avtomobilləri çıxarılacaq

Azərbaycan bazarına yeni «Renault» avtomobilləri çıxarılacaq
# 11 aprel 2013 12:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayınadək Azərbaycanda «Renault» avtomobilinin yeni modelləri satışa çıxarılacaq.

 

«Renault» avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan «Nurgun Motors» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, satışa çıxarılacaq modellər sırasına «Logan», «Sandero» və «Sandero Stepway» daxildir: «Bazarın tələblərinə cavab verərək, «Renault» şirkəti artıq tanınmış «Logan», «Sandero» və «Sandero Stepway» modellərinin yeni nəslini istifadəyə verib. Yeni modellər Azərbaycanda yaz aylarında satışa çıxarılacaq».

 

Yeni «Logan»ın dizaynı tam dəyişib – iri loqotipli kuzovun ön hissəsi «Renault» avtomobillərinin yeni dizayn-konsepsiyasını əks etdirir. Kuzovun süzgün görünüşü, yeni fənərlər və radiator toru sayəsində model daha cazibəli, dinamik və zərif təsir bağışlayır: «Yeni «Logan» əsl ailəvi avtomobil olaraq qalır. Onun salonunda 5 nəfər rahat şəkildə yerləşir. Baqaj bölümünün həcmi 510 litrə bərabərdir. Oturacaqların 1/3-2/3 formatında qatlayaraq baqaj bölümünü artırmaq mümkündür. Avtomobilin interyeri də müasirləşib. Alətlər paneli artıq daha erqonomik və cazibədardır. Üstəlik, avtomobilin salonundakı naxış-bəzək işlərinin keyfiyyəti, keçmiş versiyalarla müqayisədə nəzərə çarpacaq dərəcədə yüksəlib. Sözügedən model Azərbaycan bazarında 1,6 litr (73 at gücü) və 1,6 litr (80 at gücü) benzin mühərriklərlə satışa çıxarılacaq».

 

Yeni «Sandero»nun xarici görünüşü də əhəmiyyətli dərəcədə dəyişilib. Kuzovun ön hissəsi dizaynının tam yenilənməsi nəticəsində yeni «Sandero» daha müasir və cazibəli yığcam xetçbek görkəmindədir. Üstəlik, avtomobilin funksionallığı artıb. «Sandero» əvvəlki kimi kuzovun həcminə (320 litr) görə bütün rəqiblərini üstələyir. Bundan başqa, arxa oturacaqlar 1/3-2/3 formatında qatlanır. Bu model Azərbaycan bazarında 1,2 litr (73 at gücü) və 1,8 litr (80 at gücü) benzin mühərriklərlə satışa çıxarılacaq.

 

Yeni «Renault Sandero Stepway»ın da dizaynı dəyişdirilib. Bununla yanaşı avtomobilin klirensi artırılıb: «Bu modelin də funksionallığı artıb – 320 litr həcmli baqaj bölümünü arxa oturacaqların 1/3-2/3 formatda qatlayaraq böyütmək mümkündür. Model ölkə bazarına 1,6 litr (80 at gücü) benzin mühərriklə satışa çıxarılacaq».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR