Bakı. APA-Economics – APA. Yanvarın 24-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin “GDF Suez” şirkətinin prezidenti Jan Fransua Sirelli ilə görüşü olub.
Görüşdə “GDF Suez” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Gələcəkdə Azərbaycanda əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə tam təmin olunması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə “Abşeron” qaz yatağının işlənməsinə, “Şahdəniz” yatağından hasil olunan qazın alınmasına və nəqlinə dair də fikir mübadiləsi aparılıb.