Bank Of Baku

Azərbaycan Dövlət Dəniz Administrasiyası ilin sonunadək Xəzərin milli sektoruna tam nəzarət edəcək

Azərbaycan Dövlət Dəniz Administrasiyası ilin sonunadək Xəzərin milli sektoruna tam nəzarət edəcək
# 14 yanvar 2013 14:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi (LRİT) Xəzər dənizinin Azərbaycan milli sektoru üzərində tam nəzarəti təşkil edəcək. Bu barədə APA-ya ARDDA-dan məlumat verilib.

 

Xəzərin Azərbaycan akvatoriyasına tam nəzarəti təmin etmək məqsədilə Şabran rayonu, Ələt qəsəbəsi yaxınlığında və Kür çayının deltasında ötürücülərin qurulması planlaşdırılır.

 

Ən müasir avadanlıqların tətbiq edildiyi Azərbaycanın UMTİ/LRİT sistemi Xəzər hövzəsində ilk belə nəzarət izləmə sistemidir.

  

Qeyd edək ki, Milli Mərkəzin funksiyalarına Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyini peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair məlumatların gəmilərə, gəmilərdən gələn həyəcan siqnallarının və digər məlumatların müvafiq qurumlara çatdırılması daxildir. Mərkəz ümumi əhatə zonası 96 dəniz mili (175 km) olan «Koden MDC-2900P» tipli radar stansiyası vasitəsilə ərazi sularına daxil olan gəmiləri müşahidəyə götürür və gedəcəyi son məntəqəyədək nəzarət altında saxlayır.

 

LRİT Sisteminin təchizatına peyk əlaqəli «Sailor 500/250 Flet Broadband» və İNMARSAT-C stansiyalar sistemi, Milli Mərkəzin Qlobal Dəniz Fəlakəti Rabitə Sisteminə ultra qısa dalğada işləyən «Sailor RT-4801» radiostansiyaları, gəmilərlə əlaqə yaratmaq üçün NAVTEX baza stansiyası, orta və qısa dalğalarda işləyən 2 ədəd radiostansiya, aviasiya diapozonunda işləyən ən son model «İcom AVİA İC-A110» tipli radiostansiya daxildir.

 

Mərkəzin Avtomat İndentifikasiya Sistemi isə İsveçin SAAB şirkətinin istehsalı olan 2 ədəd «R40 İEC 62320-1» avadanlığından ibarətdir. Mərkəz «Pelco» firmasının istehsalı olan kameralarla hər cür hava şəraitində vizual müşahidə apara, meteostansiya vasitəsilə hava şəraiti haqqında məlumatları əldə edə bilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR