Bank Of Baku

Azərbaycan Dövlət Dəniz Administrasiyasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Azərbaycan Dövlət Dəniz Administrasiyasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 18 mart 2013 14:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasında (ARDDA) Türkiyə millət vəkili Ahmet Arslanın rəhbərlik etdiyi və Türk Loydunun rəhbərliyinin də təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə APA-ya ARDDA-dan məlumat verilib.

 

Görüşdə çıxış edən ARDDA rəisi Qüdrət Qurbanov son dövrlərdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın uğurlarına toxunaraq gələcəkdə də əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyinə əminliyini vurğulayıb. Türk Loydu və ARDDA arasında imzalanmış “Gəmilərin nəzarət yoxlanılmasına dair Memorandum” çərçivəsində bu qurum tərəfindən müqavilədə göstərilən öhdəliklərin müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib. Türk Loydunun Azərbaycanda fəaliyyətinin genişləndirməsi üçün münbit şəraitin olduğu, Azərbaycanda ticarət gəmiçiliyi sahəsinin getdikcə inkişaf etdiyi, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

 

A.Arslan isə Azərbaycanın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici olduğunu, Türkiyə Loydunun da bu təsnifat cəmiyyətləri cərgəsində öndə olduğunu vurğulayıb.

 

Görüşün sonunda Türkiyə nümayəndə heyəti ARDDA-nın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR