Bank Of Baku

Azərbaycan İKT sektorunda çalışanlara vergi güzəştləri təqdim edəcək

Azərbaycan İKT sektorunda çalışanlara vergi güzəştləri təqdim edəcək
# 16 yanvar 2013 09:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib.

 

Onun sözlərinə görə, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən, burada əsas hədəf İKT-nin illik artımını təxminən 18-20% ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 mlrd. ABŞ dollarına çatdırmaqdır.

 

Nazir bildirib ki, bu göstəricilərə rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR