«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov «The Business Year» dərgisinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan hava donanmasını əhəmiyyətli şəkildə yeniləyib. Belə ki, aviaparka «Boeing», «Airbus» və s. tipli yeni təyyarələr, o cümlədən vertolyotlar əlavə olunub.
«Qəbələdə yeni beynəlxalq aeroport inşa olunub, Naxçıvan, Gəncə, Zaqatala və Lənkəranda isə mövcud hava limanları əsaslı şəkildə təmir olunub. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın, uçuş-enmə zolağının və 4 anqarın tikintisi davam etdirilir. Eyni zamanda, aviaparkın yenilənməsi istiqamətində də işlər davam etdirilir», - deyə nazir bildirib.