Bank Of Baku

Azərbaycan nümayəndə heyəti «CeBIT-2014» beynəlxalq sərgisində iştirak edir

Azərbaycan nümayəndə heyəti «CeBIT-2014» beynəlxalq sərgisində  iştirak edir
# 11 mart 2014 10:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı (RYTN) və rəhbərliyi ilə ölkənin aparıcı İKT şirkətləri Hannoverdə (Almaniya) keçirilən «CeBIT-2014» sərgisində iştirak edir.

 

RYTN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Yüksək Texnologiyalar Parkı, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) beynəlxalq layihəsi, «ASAN Xidmət»in rəhbərliyi və digər qurumların rəsmiləri daxildir.

 

Qeyd edək ki, «Deutsche Messe AG» şirkətinin təşkilatçılığı ilə 1947-ci ildən keçirilən və sürətlə inkişaf edən «CeBIT» sərgisini artıq 850 mindən çox ziyarətçi seyr edir.  450 min kv. metrlik sahədə ən müasir texnologiyaları, innovativ tətbiqləri nümayiş etdirərək, İKT sahəsinin inkişaf göstəricisinə çevrilən bu beynəlxalq sərgidə Azərbaycan da ənənəvi olaraq hər il iştirak edir. 1999-cu ildən etibarən «Deutsche Messe» sərginin Almaniya xaricində də təşkilinə dəstək verir. Belə ki, «CeBIT» indiyə qədər Çin, Avstraliya, Türkiyə və ABŞ-da təşkil edilib.

 

Mövzularını hər il bir istiqamətə həsr edən «CeBIT-2014» çərçivəsində təşkil ediləcək qlobal konfranslarda İT biznesində yeni perspektivlər, son tendensiyalar, innovativ qərarlar, İT bazarına son daxilolmalar, gələcəyə baxış və s. məsələlər nəzərdən keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR