«APA-Economics»in məlumatına görə, «Azərsu» ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərginin əsas təşkilatçısı «Iteca Caspian» şirkətidir.
Sərgidə ziyarətçilərin diqqətinə içməli su təchizatı, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması sistemləri, mikrotunel inşası, içməli suyun analizi üçün ölçü cihazları və tənzimləyici texnologiyalar, pompalar, nasos sistemləri, içməli su mənbələrinin mühafizəsi, inşaat texnikası və avadanlıqları, qazma qurğuları, informasiya və kommunikasiya texnologiyaları, geotermik texnologiyalar, suyun duzsuzlaşdırılması, habelə su təchizatı və kanalizasiya sahəsində mövcud olan digər ən yeni texnologiyalar təqdim olunur.
Aprelin 13-dək davam edəcək sərgidə 23 ölkədən 79 şirkət iştirak edir və onların yarıdan çoxu xaricidir. Bu, «Hyundai» (Cənubi Koreya), «Herrenknecht AG» (Almaniya), «Krohne» (Almaniya), «Nordic Water-EMO» (İsveçrə), «Nippon Koei» (Yaponiya), «Samsun Makina» (Türkiyə), «Awas» (Almaniya), «
«CATEF-2013» sərgisi ilə paralel olaraq sabah Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları forumu da keçiriləcək. Forumun əsas mövzuları içməli su emalı üzrə innovativ texnologiyalar, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və s. məsələlərə həsr olunacaq. Forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, xarici və yerli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlərin təchizini həyata keçirən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə assosiasiyalar və qeyri-hökumət təşkilatları iştirak edəcəklər. İndiyədək 200-dən çox iştirakçı beynəlxalq forumda akkreditasiyadan keçib.