“APA-Economics”in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.