“APA-Econpomics”in məlumatına görə, görüşdə “Microsoft İnternational” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlərin əhəmiyyəti vurğulanıb.
İnformasiya təhlükəsizliyinə dair məsələlərin müzakirə olunduğu görüşdə “Microsoft İnternational” ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.