APA-nın məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov görülmüş işlər barədə prezidentə məlumat verib.
Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada yeni yaradılmış ana və uşaq otağı, akt zalı və yeməkxana fəaliyyət göstərir. Vağzal binasında sərnişinlərin əşyalarının saxlanması üçün kameralar quraşdırılıb, dispetçer otağında yüksək xidmət şəraiti yaradılıb. Bundan başqa, binada həkim otağı, inzibati otaqlar, kassalar və digər bölmələr var.
Qeyd olunub ki, Horadiz sərnişin stansiyasında bilet satışı noyabrın 1-dən etibarən avtomatlaşdırılaraq beynəlxalq internet şəbəkəsinə qoşulub. Artıq Azərbaycan dəmir yolunun 48 sərnişin stansiyası da bu sistem üzrə fəaliyyət göstərir. Sərnişinlər istənilən istiqamət üzrə biletlərini onlayn rejimdə sifariş verə və ala bilərlər.
Prezident İ. Əliyev yaradılmış şəraitdən razılığını bildirib.