Bakı – APA-Economics. Azərbaycan Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“APA-Economics”in məlumatına görə, on bir min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Avaxıl avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.