Bank Of Baku

Azərbaycan prezidenti Xaçmaz rayonunda Yalama-Xanoba avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayırıb

Azərbaycan prezidenti Xaçmaz rayonunda Yalama-Xanoba avtomobil yolunun tikintisinə 1,5 milyon manat ayırıb
# 05 dekabr 2013 15:51 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Xaçmaz rayonunun Yalama-Xanoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, sərəncama əsasən altı min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Yalama-Xanoba avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR