Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya azadlığı ilə bağlı icraat qaydalarını təsdiq edib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya azadlığı ilə bağlı icraat qaydalarını təsdiq edib
# 17 yanvar 2013 11:20 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya azadlığı ilə bağlı daxili icraat qaydaları hazırlanıb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın bəndlərinin icrasını təmin etmək məqsədilə rabitə və informasiya texnologiyaları nazir Əli Abbasovun əmri ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «İnformasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları» təsdiq edilib, həmçinin informasiya azadlığı üzrə məsul şəxs təyin olunub.

 

Təsdiq edilmiş qaydalarda sorğu ilə müraciət etmiş şəxsin məlumatları əldə etmək hüquqları, informasiya əldə etmənin formaları, sorğuların qeydə alınması, icra olunma üsulları və müddəti, informasiya sahibi kimi nazirliyin vəzifələri və s. məsələlər əhatə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR