Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 21 yanvar 2013 10:08 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.

 

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 2012-ci il ərzində İKT sektorunda əhəmiyyətli tədbirlər görülüb, müsbət uğurlara imza atılıb: «Artım tempinə görə, İKT sektoru ölkə iqtisadiyyatının sahələri arasında öncül yerdədir. Ötən il İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 2011-ci illə müqayisədə 17,3% artaraq 1 503,4 mln. manat təşkil edib. Əvvəlki illə müqayisədə artım tempi İKT sektorunda 16,6%, o cümlədən telekommunikasiya sektorunda 17,4%, İT sektorunda 8,6%, poçt sektorunda 18,2%, informasiya sektorunda isə 50,1% təşkil edib».

 

Nazir qeyd edib ki, İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 75,7%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 65,3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 14,1% təşkil edib: «2012-ci il ərzində ölkə üzrə ÜDM-in həcmi 54 mlrd. manata çatıb, 2011-ci illə müqayisədə ÜDM-in real artım tempi 2,2% təşkil edib. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Hesabat ilində qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 28,5 mlrd. manat, real artım tempi isə 9,7% təşkil edib. Sektor üzrə əldə olunan gəlirlərin qeyri-neft ÜDM-də payı 3,5% olub».

 

Ə.Abbasov həmçinin bildirib ki, 2012-ci il ərzində Nazirlik üzrə 101 yeni iş yeri açılıb və cari ilin yanvarın 1-nə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330 manat təşkil edib, bu da 2011-ci illə müqayisədə 9,9% çoxdur: «Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9,5% artırılaraq 620,7 manata çatdırılıb. O cümlədən, telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699,7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edib».

 

Nazir onu da əlavə edib ki, 2012-ci il ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 335 mln. manat proqnoza qarşı 368,2 mln. manat gəlir əldə edilib və bu da proqnozla müqayisədə 9,9%, əvvəlki illə müqayisədə isə 6,9% çoxdur: «Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub. Bu məqsədlə hesabat dövrü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 110,5 mln. manat investisiya qoyuluşu həyata keçirilib. Ümumilikdə informasiya və rabitə sektoruna 325,3 mln. manat investisiya qoyulub və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 2% təşkil edib».

 

Ə.Abbasov 2013-cü il Azərbaycanda İKT ili elan edilməsini xatırladaraq cari il ərzində sektorda həyata keçiriləcək əhəmiyyətli layihələr, o cümlədən ilk milli süni peykin fevralın ilk dekadasında orbitə çıxarılması, ölkə regionlarında genişzolaqlı internet xidmətlərinin inkişafı, rəqəmsal TV yayımına tam keçid və s. layihələr barədə məlumat verib.

 

Tədbir çərçivəsində Nazirliyin müxtəlif departament və şöbə rəhbərləri məruzələrlə çıxış edib, 2012-ci ildə görülən işlər barədə ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR