Bank Of Baku

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 10 illiyini qeyd edir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 10  illiyini qeyd edir
# 20 fevral 2014 07:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10  ili tamam olur. «APA-Economics»in xəbər verdiyi kimi, Nazirlik prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzaladığı sərəncamla keçmiş Rabitə Nazirliyinin bazasında təsis edilib.

 

Nazirliyin məlumatında deyilir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafına göstərilən diqqət, qəbul edilən qərarlar və  2013-cü ilin ölkədə «İKT ili» elan olunması sektorun inkişafını daha da sürətləndirib. Ötən ilin fevralın 8-də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanılıb. İKT-nin İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması da sahənin inkişafına dəstək olacaq.

 

Nazirliyin məlumatında deyilir ki, ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi artır. «Elektron hökumət» saytında təqdim edilən xidmətlərdən ötən ay ərzində 50 mindən çox insan istifadə edib. Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u «Elektron hökumət» və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək əhaliyə 820 mindən artıq elektron xidmət göstərilib.

 

Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun «Qlobal informasiya texnologiyaları – 2013» adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşıb və internetin 70%-lik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır.

 

«Artıq ölkə əhalisinin 98%-i rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer alıb. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək «Genişzolaqlı internetin inkişafı Layihəsi»nin reallaşdırılması, 4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması uzunmüddətli inkişafın başlanğıcıdır», - deyə Nazirliyin məlumatında bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR