Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvarın 18-20-də Tehranda «Mənzil bazarı üzrə investisiya yatırımı imkanları, tikililərin artırılması və yeni tikinti texnologiyaları» adlı 5-ci beynəlxalq sərgi keçiriləcək.
«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, sərgi çərçivəsində həmçinin, «Mənzil bazarı üzrə investisiya layihələrinin təqdim edilməsi və tikililərin artırılması» mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Tehranda keçiriləcək sərgi və konfransda iştirak etməyə dəvət olunur.
Tədbirdə iştirak etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilər.