Bank Of Baku

Azərbaycan tikinti materiallarının istehsalını artırıb

Azərbaycan tikinti materiallarının istehsalını artırıb
# 05 yanvar 2013 12:02 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 286,5 mln. manatlıq və ya 18,1% çox məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 1,8 mln. ton sement, 131,8 min ton tikinti gipsi, 1,1 mln. ton hörmə üçün hazır beton qarışığı, 487,1 min ton asfalt və 227,4 min kubmetr tikinti kərpici və s. məhsullar istehsal edilib. Əvvəlki ilin ilk on bir ayına nisbətən ölkədə sement istehsalı 38,5%, tikinti gipsi 42,3%, asfalt 44%, tikinti kərpici 0,4% artıb, hörmə üçün hazır beton qarışığının istehsalı isə əvvəlki ilin səviyyəsində qalıb.

Qeyd edək ki, 2012-ci il dekabrın 1-nə müəssisələrin anbarlarında 10,7 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,9%-i qədər hazır məhsul ehtiyatı olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR