Bank Of Baku

Azərbaycan Türkiyədə keçiriləcək növbəti «Caspian Telecoms» beynəlxalq konfransında iştirak edəcək

Azərbaycan Türkiyədə keçiriləcək növbəti «Caspian Telecoms» beynəlxalq konfransında iştirak edəcək
# 15 yanvar 2013 08:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın İKT sahəsində nailiyyətləri Xəzər və Qara dəniz regionu və MDB ölkələri üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə XII «Caspian Telecoms» beynəlxalq konfransının işində təqdim ediləcək. 


«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, aprelin 18-19-da İstanbulda keçiriləcək konfransın təşkilatçıları Türkiyənin «E International Exhibitions Inc.», Rusiyanın «ITE Moscow LLC» və Böyük Britaniyanın «ITE Group PLC» şirkətləridir. Sərgi-konfransın işində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova, Monqolustan, Qırğızıstan və başqa ölkələrin nümayəndə heyətlərinin iştirakı gözlənilir.


Tədbirin işində Azərbaycan ənənəvi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri səviyyəsində iştirak edəcək. «Caspian Telecoms-2013»-ün işində avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə strukturları, beynəlxalq təşkilatların və başqalarının iştirak edəcəyi nəzərdə tutulur. 


Konfrans çərçivəsində keçiriləcək müzakirə və məruzələr rabitə siyasəti, perspektivli texnologiyalar, qabaqcıl texnologiyaların tətbiqi və başqa mövzuların aktual məsələlərini əhatə edəcək.

 

Qeyd edək ki, konfrans 2002-ci ildən keçirilir və hər il telekommunikasiya bazarının dünya liderlərini bir yerə toplayır. «Caspian Telecoms» Xəzər regionu, MDB, Mərkəzi Asiya ölkələrinin və Türkiyənin telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forumu kimi tanınır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR