Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edir

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edir
# 08 aprel 2013 14:49 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Berndə (İsveçrə) Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası işə başlayıb. Üç həftə davam edəcək sessiya aprelin 25-də başa çatacaq.

 

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də «Azərpoçt» MMC-nin nümayəndələri təmsil edir: «Tədbirdə müzakirə olunacaq məsələlər arasında Azərbaycan poçtu üçün də əhəmiyyətli olan məsələlər var. Belə ki, sessiyanın birinci həftəsində Xidmət Keyfiyyəti Fondunun (Quality of Servise Fund - QSF) Qəyyumlar Şurasının (Board of Trustees - BoT) iclaslarında poçt sahəsində müxtəlif ölkələrdə həyata keçirilməsi nəzərdə tutulmuş layihələrə baxılaraq müvafiq maliyyə vəsaitlərinin ayrılması üzrə qərarlar qəbul olunacaq. Bunlar arasında Azərbaycanın ÜPİ-yə təqdim etdiyi layihə də yer alıb».

 

Sessiyada həmçinin beynəlxalq poçt sahəsi üzrə bir sıra əhəmiyyət kəsb edən normativ, inzibati, qanunvericilik və hüquqi məsələlərin müzakirəsi və öyrənilməsi nəzərdə tutulur.

 

Bundan başqa, Azərbaycanda poçt xidmətləri keyfiyyətinin idarə olunması üzrə işlərin qiymətləndirilməsi məqsədilə ÜPİ-nin təyin etdiyi müstəqil ekspert tərəfindən ötən ildə aparılan araşdırmaların yekunlarına görə Azərbaycan poçtu ÜPİ-nin A səviyyəli (Qızıl) Sertifikatına layiq görülüb. Bu sertifikat da sessiya çərçivəsində ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən Azərbaycan təmsilçilərinə təqdim ediləcək.

 

Həmçinin sessiya çərçivəsində Azərbaycan nümayəndələrinə Sürətli Poçt Xidmətləri (Express Mail Servise - EMS) sahəsində uğurlara görə Qızıl səviyyəli Sertifikat təqdim olunacaq.

 

ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil məsləhətçi şirkətlər tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. Bundan sonra ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru «Azərekspresspoçt» rabitə müəssisəsi növbəti dəfə Qızıl sertifikatla mükafatlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR