Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan ilə Çin mülki aviasiya administrasiyalarının nümayəndələri arasında danışıqlar keçirilib. Bu barədə APA-ya Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından (ADMAA) məlumat verilib.
Danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri və ölkələr arasında hava əlaqəsinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycan və Çin hökumətləri arasında hava əlaqəsi haqqında saziş layihəsi razılaşdırılaraq, müvafiq ikitərəfli sənəd imzalanıb. Hər iki tərəfin təyin olunmuş aviaşirkətlərinə ölkələr arasında müntəzəm reyslərin təşkilində yeni imkanlar verilib.
Danışıqlarda Azərbaycan tərəfdən həmçinin «Azərbaycan Hava Yolları» QSC-nin, "Silk Way Airlines" aviaşirkətinin təmsilçiləri iştirak ediblər.