Bank Of Baku

Azərbaycan və Qırğızıstan arasında aviasiya əlaqəsinin yaradılmasına dair ilkin saziş imzalanıb

Azərbaycan və Qırğızıstan arasında aviasiya əlaqəsinin yaradılmasına dair ilkin saziş imzalanıb
# 19 noyabr 2012 09:05 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bişkekdə (Qırğızıstan) Azərbaycan və Qırğızıstanın mülki aviasiya nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

«APA-Economics»in Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı xəbərə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlıq məsələləri və iki ölkə arasında hava əlaqəsinin qurulmasının perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycan və Qırğızıstan arasında hava əlaqəsi haqqında sazişin layihəsini razılaşdırıb və müvafiq ikitərəfli sənədi imzalayıb. Bununla da iki ölkə arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsinin müqavilə-hüquqi təməlinin əsası qoyulub.

Danışıqlarda Azərbaycan tərəfdən həmçinin «SilkWay Airlines» şirkətinin, eləcə də Azərbaycanın Qırğızıstandakı səfirliyinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, hazırda Bakı-Bişkek aviareysi «British Airways» aviaşirkəti tərəfindən London-Bakı-Bişkek aviareysi çərçivəsində yerinə yetirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR