Bank Of Baku

Azərbaycan və Rusiyanın sərhəd xidmətlərinin təmsilçiləri arasında işgüzar görüş keçirilib

Azərbaycan və Rusiyanın sərhəd xidmətlərinin təmsilçiləri arasında işgüzar görüş keçirilib
# 17 yanvar 2013 16:31 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan və Rusiyanın sərhəd xidmətlərinin təmsilçiləri Dağıstan ərazisindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində işgüzar görüş keçiriblər.

 

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, görüş iştirakçıları Rusiya və Azərbaycanın dövlət nəzarət orqanlarının qarşılıqlı əməkdaşlığının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.

 

Dağıstan gömrükçülərinin də iştirak etdiyi dialoq zamanı tərəflər sərhəd-nəzarət məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin ləngiməsinin qarşısını almağa yönəlmiş bir sıra tədbirlər hazırlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR