Bank Of Baku

Azərbaycan və Türkiyə İT sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

Azərbaycan və Türkiyə İT sahəsində əməkdaşlığı genişləndirəcək - <span style="color: red;">FOTO
# 25 dekabr 2012 07:25 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri İsmail Alper Coşkunla görüşüb.

 

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iki ölkə arasında informasiya texnologiyaları sahəsində yüksək əməkdaşlığın qurulduğunu qeyd edən Ə.Abbasov bu münasibətlərin ölkə iqtisadiyyatında xüsusi yer tutduğunu, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdiriləcəyini ifadə edib.

 

Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı, milli və beynəlxalq layihələri xatırladan Türkiyə səfiri layihələrin icrasının Türkiyə üçün də səmərəli olacağına ümid etdiyini vurğulayıb: «Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi «Türk Telekom»un da marağındadır. Gələcəkdə bununla bağlı Azərbaycan tərəfinin hər hansı yardıma ehtiyacı olarsa, Türkiyə bu köməyi göstərmək niyyətindədir».

 

Səfir həmçinin bu il ərzində Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun, «BakuTel-2012» Beynəlxalq İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb, eləcə də 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib.

 

Ötən 10 il müddətində Türkiyənin yüksək sürətlə inkişaf etdiyini, beynəlxalq birlikdə iqtisadi gücə çevrildiyini, TASİM layihəsinin BMT qətnaməsinə daxil edilməsində bu ölkənin xüsusi rolu olduğunu xatırladan nazir də öz növbəsində bu istiqamətdə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR