Bank Of Baku

Azərbaycan və Yunanıstan İKT sahəsində əməkdaşlıq perspektivlərini araşdırır

Azərbaycan və Yunanıstan İKT sahəsində əməkdaşlıq perspektivlərini araşdırır
# 24 fevral 2014 14:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüşüb. Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açan nazir qarşılıqlı əməkdaşlığın qurulması və əlaqələrimizin genişləndirilməsi üçün xüsusən İKT sektorunda böyük potensialın olduğunu bildirib. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

 

Azərbaycanın iqtisadi həyatında baş verən irəliləyişlərin və bu sahədə qazanılan uğurların təqdirəlayiq olduğunu deyən səfir D.Tsounqas iqtisadi böhranı artıq geridə buraxan Yunanıstanın hazırda stabil inkişaf templərinə döndüyünü, yaşadığı böhrana baxmayaraq, ölkəsinin informasiya və kommunikasiya texnologiyaları sahəsində güclü infrastruktura malik olduğunu, bu baxımdan tərəflər arasında təcrübə mübadiləsinin hər iki tərəfə fayda verə biləcəyini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR