Bank Of Baku

Azərbaycan vətəndaşları «Ağaoğlu» şirkətinin İstanbuldakı evlərini 5 illik kreditlə ala bilər

Azərbaycan vətəndaşları «Ağaoğlu» şirkətinin İstanbuldakı evlərini 5 illik kreditlə ala bilər
# 09 aprel 2013 11:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan vətəndaşları Türkiyədə inşa edilən yeni yaşayış komplekslərindən evləri 5 illik kreditlə ala biləcəklər. Bu barədə  «APA-Economics»ə Türkiyənin məşhur «Ağaoğlu» Şirkətlər Qrupunun Azərbaycanda yeni fəaliyyətə başlayan nümayəndəliyi olan «TurkAzInvest» şirkətindən bildirilib.

 

«Artıq İstanbulda da çox uyğun və sərfəli, uzunmüddətli kredit şərtləri ilə mənzil sahibi olmaq mümkündür.  «Ağaoğlu» Şirkətlər Qrupunun Azərbaycan nümayəndəliyi illik 9% olmaqla, 5 il müddətinə azərbaycanlı müştərilərə İstanbulda mənzillərini təklif edir», - deyə məlumatda bildirilir.


Azərbaycan alıcılarına İstanbulun Avropa hissəsində Dövlət  Fatih Ormanları ilə əhatə olunan  mükəmməl  görünüşə malik «MASLAK  1453» və Başakşehir Ayazmada, Atatürk hava limanına yaxın yerləşən «My World Europe» yaşayış komplekslərindəki mənzillər təklif olunur.  Bu layihələr «Ağaoğlu» Şirkətlər Qrupunun dövlətlə ortaq layihələrindəndir. Daha ətraflı və yeni məlumatları şirkətin Facebook və Twitter səhifələrindən (www.facebook.com/agaoglu.baku, www.twitter.com/AgaOglu_Az) almaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR