Bank Of Baku

Azərbaycana «Dodge» avtomobilinin yeni modeli gətirilib

Azərbaycana «Dodge» avtomobilinin yeni modeli gətirilib
# 16 yanvar 2013 10:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycana ABŞ istehsalı olan «Dodge» avtomobilinin yeni modeli - «Dodge Journey» gətirilib.

 

Sözügedən avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan «Auto Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni 5-qapılı krossoverin uzunluğu 4 888 mm, eni 1 878 mm, hündürlüyü isə 1 691 mm təşkil edir. Avtomobilin baqaj yerinin həcmi 167 litrdir.

 

Azərbaycana yeni «Dodge Journey» 3 komplektasiyada gətirilib ki, onlardan biri 2,4 litrlik mühərriklə, digərləri isə 3,6 litrlik mühərriklə təchiz olunub. Krossover şəhər daxilində 100 km məsafəyə 15,9 litr, şəhər ətrafında isə 8,5 litr yanacaq sərf edir.

 

Yeni «Dodge Journey» komplektasiyadan asılı olaraq 26,9 min manata, 33,9 min manata və 36,9 min manata təklif olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR