Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycana yeni «Kia Quoris» avtomobil modeli gətirilib.
Sözügedən avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan «Kia Motors» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni model 6 silindrli 3,8 litrli mühərriklə (285 at gücü) təchiz olunub.
«Kia Quoris»in uzunluğu 5 090 mm, eni 1 900 mm, hündürlüyü isə 1 490 mm təşkil edir. Yeni sedanın baqaj yerinin həcmi 455 litrdir. «Kia Quoris»in satış qiyməti 58 900 manat təşkil edir.