Bank Of Baku

Azərbaycana yeni «Mazda CX-9» avtomobili gətirilib

Azərbaycana yeni «Mazda CX-9» avtomobili gətirilib
# 28 yanvar 2013 08:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Mazda» avtomobillərinin rəsmi təmsilçisi olan «Mazda Azerbaijan» şirkəti ölkəyə yenilənmiş «Mazda CX-9» modelini gətirib.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, krossoverin ön hissəsində radiatorun barmaqlıqları, əsas optika sistemi və bamper dəyişib, avtomobilin arxa hissəsi isə dəyişilməz qalıb.

 

Eyni zamanda, «Mazda CX-9»un interyeri də modernizə olunub. Belə ki, avtomobildə transmissiyanın yeni lingi və yaxşılaşdırılmış audiosistem yer alıb. Avtomobilin kapotunun altında öncəki 3,7 litrlik V6 mühərriki qalıb.

 

«Restaylinq olunmuş modelin qiyməti dəyişməz olaraq qalıb – yəni, 42 min manat», - deyə şirkətdən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR