Bakı. Nicat Mustafayev – APA-Economics. «Range Rover» avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan «Crystal Motors» şirkəti ölkəyə yeni «Range Rover Vogue» modelini idxal edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni modelin əsas xüsusiyyəti onun alüminiumdan hazırlanmasıdır ki, bu da təhlükəsizlik baxımından daha qənaətbəxş hesab edilir.
«Yeni «Range Rover Vogue» Azərbaycana 3 komplektasiyada gətirilib – «Vogue», «Vogue SE» və «Vogue Autobiography». Yeni model müvafiq olaraq 135 min manata, 146 min manata və 157 min manata satışa çıxarılıb», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, yeni «Range Rover Vogue» avtomobili 5 litrlik mühərriklə (510 at gücü) təchiz olunub.