Bakı. Aynur Əliyeva – APA-Economics. Son bir neçə ay ərzində Azərbaycana 600-700 yeni avtobus gətirilib. Bunun əksəriyyəti orta və iritutumlu avtobuslardır ki, onların ölkə daxilində ictimai nəqliyyat xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub. Bunu «APA-Economics»ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, «Daewoo» markalı bu avtobuslar Cənubi Koreya istehsalıdır.
N.Həsənov əlavə edib ki, ümumilikdə, 2015-ci ilin birinci rübünə kimi ölkəyə bu cür avtobusların gətirilməsi prosesi davam edəcək.
«Bundan başqa, şəhərlər və rayonlar arasında marşrutlarda işləyəcək avtobusların gətirilməsi nəzərdə tutulub», - deyə Nazirlik rəsmisi qeyd edib.