Bakı Nicat Mustafayev – APA-Economics. «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC 1 132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər həyata keçirir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhərində 2 poçt şöbəsi istisna olmaqla (AZ1064 və AZ1068) 127 poçt şöbəsi, rayon poçt şöbələri üzrə 760 poçt şöbəsinin vahid şəbəkəyə qoşulması təmin edilib.
Bundan başqa, 57 rayon poçt filialının rayon mərkəzində fəaliyyət göstərən bütün poçt şöbələrinin hamısı və texniki imkanı olan kənd poçt şöbələrində yaradılmış qruplar tərəfindən kommunikasiya əlaqəsi yaradılıb. Kommunikasiya əlaqəsi yaradılan poçt şöbələrinin son nöqtə avadanlıqları sazlanaraq, zəruri proqram təminatı və təhlükəsizlik tədbirləri görülərək kompüterlərlə təmin edilməsi və quraşdırılması istiqamətində işlər davam etdirilir.