Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda smartfon vә digər tablet tipli mobil qurğulardan «Elektron hökumət» portalına giriş üçün mobil İD sertifikatlarının verilməsinə başlanılıb.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən verdiyi məlumata görə, smartfon vә digər tablet tipli mobil qurğulardan «Elektron hökumət» portalına təhlükəsiz girişlərin təmin edilməsi üçün Sertifikat Xidmәtlәri Mәrkәzi tərəfindən vətəndaşlara mobil İD sertifikatları artıq verilir: «Vәtәndaşlar mobil autentifikasiya xidmәtlәrindәn yararlana və mobil platformalardan «Elektron hökumәt» portalındakı xidmətlərdən istifadə edə bilərlər».